EN

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

Avropa İttifaqı (Aİ) hibrid hərəkətlər adlandırılan ittihamlar üzrə Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Rusiyanın iddia edilən "hibrid aktivliyinin davam etməsi" ilə bağlı məhdudiyyətlər 2026-cı il oktyabrın 9-dək uzadılıb.

Bu sanksiya mexanizmi Aİ-nin Rusiyaya qarşı əsas sanksiyalar paketinə əlavə olaraq ötən il oktyabrın 8-də tətbiq edilib.

Chosen
13
6
unikal.az

7Sources