EN

Tramp: “HƏMAS barışa getməsə, misli görünməmiş cəhənnəmlə üzləşəcək” - ÖZƏL

ABŞ prezidenti Donald Tramp HƏMAS-a xəbərdarlıq edərək bildirib ki, hərəkət sülhə getməsə, "əvvəllər heç kim tərəfindən görünməmiş cəhənnəm" HƏMAS-ın üzərinə enəcək.

Olaylar bu barədə xəbər verir:

"Əgər bu son razılaşma əldə edilməsə, HƏMAS-a əvvəllər heç kim tərəfindən görünməmiş bütün cəhənnəm enəcək. Yaxın Şərqdə sülh bir şəkildə təmin olunacaq."

Tramp həmçinin tələb edib ki, bütün girovlar dərhal azad edilsin və həlak olanların cəsədləri qaytarılsın.

CBS telekanalının məlumatına görə, HƏMAS Qəzza üzrə Trampın planını qəbul etməyə meyillidir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources