EN

TƏBİB-dən Oqtay Şirəliyevlə bağlı açıqlama - Yenilənib

Oktyabrın 3-ü, saat 17:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə əlaqədar müraciət daxil olub...

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib.

Müraciətlə əlaqədar çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

"Report"un əldə etdiyi məlumata görə, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu postda çalışıb.

O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Poliqon.info

Chosen
11
50
poliqon.info

10Sources