Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Leqal.info xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər və Qəzzadakı vəziyyət müzakirə olunub.
Ərdoğan Vaşinqton səfərinin əlaqələri gücləndirdiyini, xüsusilə müdafiə sənayesində əməkdaşlığın artırılmasının vacibliyini bildirib.
O, Türkiyənin Qəzzada və bölgədə sülhün bərpası üçün fəal diplomatik səylər göstərdiyini, İsrailin hücumları dayandırmasının sülh təşəbbüslərinin uğurlu olması üçün həlledici olduğunu vurğulayıb.
Leqal.info