EN

Milyarder İbrahim Süleymanov Moskvada saxlanıldı

Rusiyada müstəntiqlər 2004-cü ildə törədilmiş qətlə dair cinayət işinin təhqiqatı çərçivəsində milyarder İbrahim Süleymanova qarşı ittiham irəli sürüblər.

Bu barədə TASS məlumat yayıb.

Məhkəmənin qərarı ilə qətimkan tədbiri qapalı rejimdə seçiləcək.

Daha əvvəl verilən məlumata görə, Moskva şəhərinin Basman Rayon Məhkəməsinə istintaq tərəfindən Süleymanovun həbsinə dair vəsatət daxil olub. Məhkəmə iclasının yaxın zamanda keçirilməsi planlaşdırılır.

***

Rusiyalı milyarder İbrahim Süleymanov Moskva Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Süleymanov oktyabrın 2-si gecə saatlarında saxlanılıb. Milyarderin qətldə ittiham olunduğu bildirilir.

Qeyd edək ki, İbrahim Süleymanov Rusiyanın az tanınan milyarderlərindəndir. Əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Rusiya mətbuatının yazdığına görə, Süleymanov təmtəraqlı həyat tərzi sürür.

Əslən Dağıstandan olan 58 yaşlı milyarder həm də dövlətə məxsus “Sirena-Travel” aviabiletlərin bron edilməsi sisteminə nəzarət edir.
Chosen
10
2
sherg.az

6Sources