EN

Ajapaxyan HƏBS edildi

İrəvan Baş Apellyasiya Məhkəməsinin qərarı ilə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Mixail Ajapaxyan iki il müddətinə azadlıqdan məhrum edilib. Müddət faktiki həbs edildiyi vaxtdan başlayır. Bu barədə hakim Armina Meliksetyan elan edib və yekun hökmü verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məhkəmə bundan əvvəl Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Maykl Ajapaxyanı təqsirli bilib.

Dövlət ittihamçısı Arman Bağdasaryan arxiyepiskop Mikael Ajapakyanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenliyi inkar etməyə və ya konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar) ilə ittiham olunub.

Qeyd edək ki, o, iyunun 28-dən həbsdədir. Arxiyepiskop Maykl Ajapaxyan ona qarşı irəli sürülən ittihamları rədd edir.

Dəniz Pənahova 

KONKRET.az 

Chosen
23
1
konkret.az

2Sources