Ekspertlər bildirirlər ki, süni intellekt alqoritmlərə əsaslanan işləri sürətlə öyrənir və 2030-cu ilədək 300 milyon insanı əvəz edə bilər. Bu, dünya əmək bazarının təxminən 9%-i deməkdir.
Xüsusilə mühasiblər, hüquqşünaslar, kassirlər, katiblər və sürücülər ilk sırada risk altındadır. Məsələn, sürücülər işlərini sürücüsüz avtomobillər səbəbindən itirə bilər.
Ekspertlər bildirirlər ki, sadə və rutin işlər yox olacaq, əvəzində yaradıcılıq və analitik bacarıqlar daha çox tələb olunacaq.
Həmçinin, ABŞ şirkətləri artıq giriş səviyyəli işlər üçün gəncləri işə götürməkdənsə, İİ-dən istifadə edir. Gələcəkdə İİ texnologiyalarını bilmək peşəkarlar üçün əsas bacarıq hesab olunacaq.
MənbəBAKU.WS