EN

Türk dünyası bizim ailəmizdir İlham Əliyev

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev rəsmi İnstaqram hesabında 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, paylaşımda deyilir:

"3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.

Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə verrmişdir.

Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
33
axar.az

10Sources