Kamçatka diyarında 6,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 224 km cənub-şərqdə baş verib. Zəlzələnin episentri 19,9 km dərinlikdə yerləşib.
On dəqiqədən sonra 5,8 bal gücündə daha bir seysmik hadisə baş verib. Agentliyin məlumatına görə, o, Petropavlovsk-Kamçatskidən 188 km aralıda, 63,3 km dərinlikdə baş verib.
Məryəm Quliyeva