EN

Kənan Quluzadə: “Sım kəndində turizm infrastrukturu sürətlə yenilənir”

Astaranın Sım kəndində keçirilən mediatur zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Doğru.az“-a danışıb və kənddə görülən işlər barədə məlumat verib.

Kəndin turizm potensialını artırmaq üçün yollar və ictimai xidmət obyektləri modernləşdirilib, yeni turizm marşrutları yaradılıb.

Quluzadənin sözlərinə görə, kəndin qonaq evləri turistlərin rahatlığı üçün təkmilləşdirilir. Bununla yanaşı, dəmirçilik və toxuculuq kimi ənənəvi sənət sahələrinin inkişaf etdirilməsi planlaşdırılır və yerli sənətkarlığın dəstəklənməsi nəzərdə tutulur.

Müşavir əlavə edib ki, kəndin təbii gözəlliklərinin daha çox turistə təqdim olunması üçün müxtəlif təşviq və inkişaf layihələri icra edilir. Bu tədbirlər Sım kəndinin regionun əsas turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək.

DOĞRU.AZ

image-img-20251003-wa0145

Chosen
29
1
dogru.az

2Sources