EN

III MDB Oyunları: Azərbaycan karateçiləri 9 medal qazanıblar

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında karate yarışları davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Mingəçevir Kür Olimpiya Mərkəzində keçirilən yarışların finalında Mədinə Sadıqova (55 kq) həmyerlisi Nəzrin Piriyevaya, Nuran Rzazadə (67 kq) qırğızıstanlı Erlan Akılbek Uuluya, Roman Heydərov (fərdi kata) isə özbəkistanlı Səməndər Urazəliyevə qalib gələrək qızıl medal qazanıblar.

Gümüş medala sahib olanlar: Fərid Savadov (60 kq), Nəzrin Piriyeva (55 kq).

Bürünc medalları isə İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (fərdi kata) əldə ediblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
19
90deqiqe.az

1Sources