EN

İndoneziyada məktəb uçqununda ölənlərin sayı 13 nəfərə çatdı

İndoneziyada məktəb uçqununda ölənlərin sayı 13 nəfərə çatdı

İndoneziyanın Sidoarco şəhərində yerləşən Əl-Hozini internat məktəbinin uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, fəlakətdən günlər keçməsinə baxmayaraq, onlarla insan hələ də dağıntılar altında qalıb, heç bir həyat əlaməti görünmür. Xilas edilənlərin sayı 103 nəfərdir.

Surabaya Şəhər Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Nanang Sigit deyib: "Bu gün biz daha beş qurban tapdıq. Təəssüf ki, onların hamısı artıq vəfat edib".

Bununla da ölənlərin sayı əvvəlcə 10-a çatıb, daha sonra məktəbin yardımçı sahəsində daha bir meyit tapılıb. Uçmuş tavan nəticəsində xəsarət alan iki oğlan tələbə də yaxınlıqda aşkarlanıb. Sonradan daha iki cəsəd də dağıntılar altından çıxarılıb.

“Beş nəfərin cəsədi aşkar edilməzdən əvvəl rəsmilər 59 nəfərin itkin düşdüyünü bildirirdi”, - deyə media yazıb.

Faciə yerinə toplaşan mərhum məktəblilərin ailələri xilasetmə əməliyyatına qoşulmaq istəklərini bildiriblər. Uşaqların hələ də dağıntılar altında qala biləcəyi ehtimal olunur.

İlkin araşdırmanın nəticələrinə görə, bina keyfiyyətsiz tikinti ucbatından uçub. Belə ki, dördüncü mərtəbə əlavə edildikdən sonra dəstəkləyici sütunlar yükə tab gətirə bilməyib.

Chosen
100
11
afn.az

10Sources