Boko Haram qruplaşmasının hücumu nəticəsində kütləvi köç baş verib.
News365.az xəbər verir ki, məlumata görə, silahlılar Nigeriyanın Borno ştatında yerləşən sərhəd şəhəri Kiravanı ələ keçiriblər. Hadisədən sonra 5 mindən çox sakin ölkənin şimal-şərqindən Kameruna qaçıb.
Hazırda bölgədə humanitar vəziyyətin ağırlaşdığı bildirilir.