DocMed klinikasının nefroloqu Natalya Zakuraeva Mail.ru Sağlamlıqa açıqlamasında böyrəklərə zərər verməmək üçün ağrıkəsicilərin düzgün qəbul qaydalarını izah edib.
Nəzarət edilməyən NSAİD-lərin (steroid olmayan iltihab əleyhinə dərmanlar) təhlükəsi NSAİD-lər böyrəklər üçün potensial toksik ola bilər.
Bu dərmanlar:
-
Aspirin, diklofenak, indometasin, ibuprofen, naproksen, nimesulid və s.
Bu preparatlar ağrını azaldır, lakin onların yan təsirləri də var:
-
böyrək zədələnməsi,
-
maye yığılması,
-
qan təzyiqinin yüksəlməsi.
Əgər şəxs artıq böyrək funksiyasının pozulması ilə mübarizə aparırsa (məsələn, qanda kreatinin səviyyəsi yüksəkdirsə), NSAİD-lər böyrəyə qan axınını azaldaraq vəziyyəti ağırlaşdıra bilər. Hətta sağlam böyrəklər üçün də uzunmüddətli və yüksək dozada qəbul təhlükəlidir.
Xüsusi risk qrupları:
-
45–65 yaş arası insanlar,
-
NSAİD-lərə yüksək həssaslığı olan şəxslər,
-
NSAİD-ləri 2 həftədən çox qəbul edənlər.
Alternativlər və tövsiyələr:
-
Temperaturu salmaq və ağrını azaltmaq üçün asetaminofen (parasetamol) istifadə edilə bilər. Uzunmüddətli istifadədə (3 gündən çox) həkim nəzarəti vacibdir və spirt istifadəsindən qaçmaq lazımdır.
-
Kardioloq kiçik doza aspirin təyin edibsə, normal böyrək funksiyası olan insanlara zərər yoxdur, amma gündə 6–8 tabletdən artıq qəbul etməmək vacibdir.
-
Böyrək xəstəliyi olanlarda aspirin qanaxma riskini artırır, buna görə həkimlə razılaşdırılmalıdır.
Vacib tövsiyə: Ağrıkəsiciləri yalnız həkim göstərişi ilə, minimal effektiv dozada və mümkün qədər qısa müddət istifadə etmək lazımdır.//E-saglam.az