EN

75 yaşında vəfat edən Oqtay Şirəliyev bu mərkəzin rəhbəri idi

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

75 yaşlı sabiq nazir Bakı şəhərində həkim ailəsində anadan olub.

O, 20 oktyabr 2005-ci ildə səhiyyə naziri təyin edilib. Oqtay Şirəliyevin səhiyyə sahəsindəki xidmətləri yüksək qiymətləndirilib və 12 avqust 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

Modern.az xatırladır ki, keçmiş nazir koronavirusun ölkə ərazisində tüğyan etdiyi bir vaxtda işdən çıxarılmışdı.

O, vəzifədən azad edildikdən bir müddət sonra Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edirdi. Hələ də rəsm sənədlərdə Mərkəzin qanuni təmsilçisi Oqtay Şirəliyevdir.

Nizamnamə kapitalı 2.4 milyondan çox olan müəssisə 1998-ci ildə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Oqtay Şirəliyev 1988-2005-ci illərdə də “Respublika Diaqnostika Mərkəzi”nin direktoru olub. O, Əli İnsanovun 2005-ci ildə həbs edilməsindən sonra vəzifəyə təyin edilmişdi.

Elnur Əmirov

Chosen
36
1
modern.az

2Sources