EN

Elmar Baxşıyev: “Komandamın tam potensialı bu deyil”

“Qələbə qazansaq da, ağır matç oldu. Komanda şəklində yaxşı oyun ortaya qoyduq”.

İdman.biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev “İmişli” ilə Misli Premyer Liqasının matçından sonra deyib.

Oyun 2:0 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə qurtarıb.

“Əfsuslar olsun ki, yaratdığımız epizodların hamısından yararlana bilmədik. Oyundan-oyuna hücum planında daha da yaxşı olacağıq. Bugünkü rəqibimiz çempionatın ən ağır komandalarından biridir. “İmişli” müdafiəni yaxşı quran kollektivdir. Komanda olaraq oyuna hazır idik. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdılar. Komandamın tam potensialı bu deyil. Düşünürəm ki, tam heyət olandan sonra daha yaxşı olmaq ehtimalımız çoxdur. Hədəfə gəldikdə, hələ çempionatın əvvəlidir. İndidən hədəf barədə düşünmürük”.

İdman.biz

Chosen
8
4
idman.biz

9Sources