EN

Limon satır, hesabında milyonu var Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda 50 qəpiyə limon satan kişinin hesabına 1 milyon manata yaxın vəsait köçürülüb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən iddia ilə Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov çıxış edib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl ona Daşkəsən rayon polis şöbəsindən məlumat verilib ki, yaşlı qadının bank kartından kiberdələduzluq yolu ilə pul mənimsəyib.

Z. Hüseynov deyib ki, bu hadisədən sonra ciddi narahat olub və bütün banklara gedərək adına hesab açılıb-açılmadığını dəqiqləşdirib.

Amma belə bir hesabın və 1 milyon manatın olmasını heç bir bank təsdiq etməyib. Qeyd olunub ki, həmin hesab elektron pul kisəsi vasitəsilə yaradılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
11
qafqazinfo.az

10Sources