“Neftçi” “Zirə”yə qalib gələ bilmədi - 2:2.
“Ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edirik.
- Oyunçularımla qürur duyuram. Oyuna yaxşı başlaya bilmədik. Rəqimiz çox çətin idi. Futbolçularım əzmkarlıq göstərdi. “Neftçi”nin ruhu qayıdıb. Alınlarından öpürəm. Futbolçularım sağ olsun. Bu ruh “Neftçi”də çoxdan yox idi.
- “Çərçivə”yə zərbələr azdı. Bunun üzərində işləyirsizmi?
- İşimiz çoxdu. Əvvəlki oyunlarda da favorit biz idik. Bitiriciliklə bağlı problemlərimiz var. Qollar vuracağıq, daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam.
- VAR-da şəklə baxıldı, penalti verildi. Ötən konfransda hakimlik sualından yayındız.
- Hakim görünməyən VAR-dan penalti çıxardı. Maraqlısı da odu ki, 4-cü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi narahat olma, demişəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, denən. Dedi ki, “demişəm”. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi. Yaxşı "Neftçi" olacağıq. Azarkeşlərə deyirəm, heç kimin şübhəsi olmasın. Sadəcə, çoxunda yaxşı "Neftçi"ni görmək qorxusu var. Komandamla bunları aradan qaldıracam. İnşallah, hər şey düzələcək.
MÜZƏFFƏR QULUZADƏ