EN

“Hakim görünməyən VAR-dan penalti çıxardı” – Samir Abasov

“Neftçi” Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Zirə” ilə bərabərə qalıb –  2:2.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov mətbuat konfrnansında jurnalistlərin suallarını cavablandırıb:

– Komandamla qürur duyuram. Oyuna yaxşı girə bilmədik. Rəqibimiz də çətin və sərt komanda idi. Buna baxmayaraq, hər an rahatlıq var idi ki, oyunu çevirə bilərik. Futbolçular bunu etdi. Əzmkarlıq göstərdilər. Bu vaxta qədər bizə irad tutulurdu, lakin  “Neftçi” ruhunu geri qaytarmışıq. Buna görə futbolçuların alınlarından öpürəm. Bu gün nəticəni və xalı qoyaq kənara, komandadan razıyam. Bəllidir ki, biz tək meydanda rəqibə qarşı oynamayacağıq. Futbolçularımızı da buna kökləməliyik.

– Meydanda tamamilə başqa “Neftçi” var idi. “Zirə”yə qarşı xüsusi hazırlaşmışdınız? Qapıya zərbələriniz o qədər də dəqiq deyildi. Planlarınız var?

– İşimiz çoxdur. Bu oyun sadəcə dramatik keçirdi. Bundan əvvəlki matçlarda da favorit biz idik. Son zərbələrlə bağlı problemlərimiz var. Qollar vuracağıq, daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam.

– VAR-da şəkilə baxıb, penalti verildi. Bu epizodu necə şərh edərdiniz?

– Hakim görünməyən VAR-dan penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüzdür. Maraqlısı da odur ki, 4-cü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi narahat olma, deyəcəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, denən. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi. Azarkeşlərə deyirəm, heç kimin şübhəsi olmasın. Sadəcə çoxlarında yaxşı “Neftçi”ni görmək qorxusu var. Komandamla bunları aradan qaldıracam.

Chosen
9
8
msport.az

10Sources