EN

Finlandiya parlamenti Rusiya vaqonlarını ölkədə saxlaya bilər

Finlandiya Avropa İttifaqının tələblərinə cavab vermədiyi üçün Rusiya istehsalı olan yüzlərlə vaqonu dəyişdirilməlidir...

Bu barədə "Report" "Yle"yə istinadən xəbər verir.
Məlumata görə, Rusiya və Baltikyanı ölkələrdə istehsal olunan vaqonlar üçün nəzərdə tutulan güzəşt müddəti başa çatır. Qarşıdakı illərdə bütün vaqonlar Aİ standartlarına uyğun olmalıdır.

Qeyd edək ki, üç il öncə sanksiyalar tətbiq edilsə də, Finlandiya Rusiya istehsalı olan vaqonların əksəriyyətini istifadə edib.
İlkin plana görə, Rusiya vaqonları 2026-cı ilin sonuna kimi istismardan çıxarılmalı idi. Amma parlament bu müddəti daha iki il müddətinə uzada biləcək düzəlişi nəzərdən keçirir.

Poliqon.info

Chosen
9
4
poliqon.info

5Sources