EN

Aİ Rusiya neft və qazından mərhələli şəkildə imtinanı sürətləndirmək istəyir

Avropa Parlamenti Rusiyadan neft və qaz idxalının mərhələli şəkildə dayandırılmasını sürətləndirməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat verib.

Belə ki, parlamentin sənaye komitəsi “RePowerEU” planına düzəlişlər, o cümlədən 2026-cı ildən etibarən Rusiyadan neft və neft məhsulları idxalının dayandırılması, habelə 2027-ci ildən başlayaraq Rusiya qazının tədarükünün qadağan edilməsi ilə bağlı səsvermə keçirməyi planlaşdırır.

Qeyd edilir ki, bu qərar boru ilə nəql olunan qazın idxalının dayandırılmasını artıq Aİ-nin təklif olunan sanksiyalar paketinə daxil edilmiş dəniz daşımalarının dayandırılması ilə uyğunlaşdıra bilər.

Bununla belə, sanksiyalardan fərqli olaraq, “RePowerEU” planı daha uzunmüddətlidir.

Agentlik onu da əlavə edib ki, qlobal qaz bazarının artıq 2026-cı ilin ikinci yarısında profisitə (büdcə artığı) keçməyə başlayacağı gözlənilir.

Chosen
10
6
demokrat.az

7Sources