Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.
Gununsesi.info xəbər verir ki, günün ikinci matçında “Neftçi” səfərdə “Zirə” ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Zirə” ikinci pillədə qərarlaşıb. “Neftçi” 8 xalla yeddincidir.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.