EN

Azərbaycanın voleybol yığması yarımfinala yüksəlib

Azərbaycanın 17 yaşadək qızlardan ibarət voleybol komandası III MDB Oyunları çərçivəsində Özbəkistanla qarşılaşıb.

“İki sahil” xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Digər görüşdə isə Rusiya Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan yarımfinala yüksəlib.

Chosen
12
1
ikisahil.az

10Sources