EN

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” Azərbaycanda süni intellekt və innovasiyaların inkişafına dəstək verir

İnnovasiya lideri “Bakcell” Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.

Konfransın məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.

“Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar” panelində “Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin telekommunikasiya sahəsində həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, məhsul və xidmətlərində ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.

Bundan əlavə, Klaus Müller “İnnovasiya və süni intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri” dialoq formatında interaktiv fikir mübadiləsində iştirak edib. O vurğulayıb: “İnnovasiya və süni intellekt “Bakcell”in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir”.

“Bakcell” innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir və qeyri-neft sektorunun ən böyük investorlarından biridir. “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Şirkət “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupuna daxildir və telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Chosen
5
20
afn.az

10Sources