EN

Ağ Ev Çikaqo metrosu üçün ayrılan 2,1 milyard dolları dondurub

Ağ Evin İdarəetmə və Büdcə İdarəsi Çikaqo (İllinoys ştatı) metrosunun genişləndirilməsi üzrə 2,1 milyard dollarlıq layihələri dondurub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Rassel Vout məlumat verib. Onun sözlərinə görə, buna səbəb podratçıların irqlərinə görə seçilməsi olub. “Çikaqodakı 2,1 milyard dollar dəyərində infrastruktur layihələri — xüsusilə Qırmızı xəttin genişləndirilməsi və Qırmızı və Bənövşəyi xətlərin modernləşdirilməsi layihəsi — maliyyələşdirmənin irqi mənsubiyyətə əsaslanan müqavilələr vasitəsilə yönəldilməməsini təmin etmək məqsədilə dayandırılıb”, - deyib. Qeyd edək ki, prezident Donald Trampın administrasiyası ona qarşı olan Demokratlar Partiyası üçün prioritet olan layihələrdən imtina etmək niyyətini əvvəllər dəfələrlə bəyan edib.

Chosen
5
4
avtosfer.az

5Sources