EN

Soyğunçulardan qaçan aparıcı pəncərədən yıxılaraq öldü

Nigeriyada televiziya aparıcısı Somtoçukvu (Sommi) Maduaqvu silahlı soyğunçulardan qaçarkən pəncərədən yıxılıb.

"Unikal" xəbər verir ki, 29 yaşlı Sommi oğruların mənzilini qarət etdiklərini gördükdən sonra onlardan qaçmaq qərarına gəlib. O, polisə zəng edərək pəncərədən qaçmağa cəhd edib. Polis onu huşsuz vəziyyətdə aşkar edərək xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

Oğurluq zamanı binada iki mühafizəçi və təhlükəsizlik işçisinin olduğu bildirilir. Mühafizəçilərdən biri quldurlar tərəfindən güllələnib.

Sommi hərbi xidmət üçün Nigeriyaya qayıtmazdan əvvəl Böyük Britaniyada hüquq təhsili alıb. Orta məktəbi bitirdikdən sonra hüquq məsləhətçisi, sonra kiçik hüquq məsləhətçisi olub.

Daha sonra o, "Arise News" xəbər kanalında çalışıb və burada hüquqi məsələləri işıqlandırıb.

Chosen
2
31
unikal.az

10Sources