EN

Sabah hava necə olacaq?

Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq. 

 

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Chosen
17
49
senzor.az

10Sources