EN

Münxen hava limanı dron təhlükəsi ilə əlaqədar yenidən bağlanıb

Berlin, 4 oktyabr, AZƏRTAC

Almaniyanın Münxen şəhərinin aeroportu dron təhlükəsi ilə əlaqədar yenidən bağlanıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, polis dron müşahidəsi barədə məlumatın araşdırıldığını və təhlükəsizlik məqsədilə uçuşların dayandırıldığını açıqlayıb. Hazırda dronların axtarışı davam etdirilir və hava limanının nə qədər bağlı qalacağı bilinmir.

Münxen hava limanının rəsmi saytında uçuşların ehtiyat tədbiri olaraq məhdudlaşdırıldığı və növbəti xəbərdarlığa qədər dayandırıldığı bildirilib. Məlumata əsasən, 23 uçuş başqa istiqamətə yönləndirilib. Münxenə nəzərdə tutulan 12 uçuş ləğv edilib. Vəziyyətlə əlaqədar 6500 sərnişin hava limanında gözləməli olub.

Qeyd edək ki, ötən gecə də Münxen aeroportu dron müşahidəsi ilə əlaqədar bir neçə saat bağlı qalmış və 3500 sərnişin hava limanında gözləməli olmuşdu.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
6
1
azertag.az

2Sources