Füzuli Məcidli Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib.
Bu barədə Operativ Media diplomatik nümayəndəliyə istinadən xəbər verir.
Həmçinin bu, Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın Türkiyədəki Səfirliyinin heyəti barədə yerləşdirilən məlumat bölməsində də öz əksini tapıb.
Xatırladaq ki, F.Məcidli Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti olub.