EN

Yaponiyada baş nazir postuna əsas namizədlər bəlli oldu

Bakı. Trend:

Oktyabrın 4-də Yaponiyada hakim Liberal Demokratik Partiyanın(LDP) yeni lideri seçiləcək. Partiya sədri eyni zamanda ölkəninnövbəti baş naziri olacaq.

Trend-inməlumatına görə, seçkiyə beş siyasətçi qatılıb, lakin onlarınyalnız üçünün real qələbə şansı olduğu qeyd olunur.

LDP lideri parlamentin hər iki palatasının spikerləri istisnaolmaqla 295 deputatın səsi ilə müəyyən ediləcək.

Sədr postuna namizədlər bunlardır:

sabiq iqtisadi təhlükəsizlik naziri, mərhum baş nazir ŞinzoAbenin yaxın tərəfdarı Sanae Takaiçi,

kənd təsərrüfatı naziri, sabiq baş nazir Juniçiro Koizumininoğlu Şinjiro Koizumi,

Nazirlər Kabinetinin hazırkı baş katibi Yoşimasa Hayaşi,

sabiq iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayashi,

LDP-nin sabiq baş katibi Toşimitsu Moteqi.

Müşahidəçilər əsas mübarizənin Takaiçi, Koizumi və Hayaşiarasında gedəcəyini bildirirlər.

Chosen
31
1
az.trend.az

2Sources