EN

İranda helikopter qəzası: ölənlər var

İranın qərbində Lorestan əyalətində İran Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində ən azı iki nəfər həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə əyalətin Fövqəladə Hallar İdarəsinin rəhbəri məlumat verib.

Qeyd olunub ki, qəzada yaralanan xilasedicinin vəziyyəti ağırdır.

Bundan əvvəl "IRIB" xəbər agentliyi Lorestan vilayətinin Oştoran Koh rayonunda təyyarə qəzası barədə məlumat verib. Bildirilib ki, itkin düşən qadının axtarışına göndərilən helikopter 2800 metr yüksəklikdə qəzaya uğrayıb. Təyyarədə səkkiz nəfər olub.

Chosen
12
1
xezerxeber.az

2Sources