EN

Bu gün Gürcüstanda seçkilər KEÇİRİLİR

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Bizim. Media Report-a istinadən xəbər verir ki, səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq.

Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada təşkil olunub. Bundan əlavə, cəzaçəkmə müəssisələrində də 10 seçki məntəqəsi açılıb.

Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir. Onlardan 3 130 348 nəfər elektron texnologiyalardan istifadə edəcək. Təxminən 47 min gənc ilk dəfə səsvermədə iştirak edəcək. 60 754 seçici isə daşınan qutular vasitəsilə səsvermə üçün müraciət edib.
 

Seçkilərdə 12 siyasi partiya iştirak edir. Onların sırasında "Vətən, Dil, İnam", "Mühafizəkarlar Gürcüstan üçün", "Bizim Vahid Gürcüstanımız", "Azad Gürcüstan", "Patriotlar Alyansı", "Güclü Gürcüstan – Lelo", "Gürcüstan", "Yaşıl Partiya", "Xalq hökuməti", "Gürcüstan üçün Qaxariya", "Qırçı" və hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası var.


Tbilisi merliyi uğrunda isə 9 namizəd mübarizə aparır. Qaydalara əsasən, qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. Əks halda, birinci və ikinci yerləri tutan namizədlər arasında ikinci tur keçiriləcək.

Ümumilikdə isə ölkənin 63 bələdiyyəsində 112 merliyə namizəd qeydə alınıb. Majoritar dairələr üzrə isə 2 228 namizəd yarışır, onlardan 32-si təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçki prosesini 28 beynəlxalq, 27 yerli təşkilat, həmçinin 73 KİV-dən minə yaxın jurnalist izləyir.

Bizim.Media

Chosen
13
2
bizim.media

4Sources