EN

Bu gün "Qarabağ" növbəti oyununu keçirəcək

Misli Premyer Liqasında VII turun daha iki oyunu bu gün keçiriləcək.

Publika.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Qarabağ"ın qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək. Rəqiblərindən bir görüş az keçirən Ağdam klubu 10 xalla 5-ci pillədə qərarlaşıb. Altı oyunun hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da başlayacaq. Meydan sahibləri 11 xalla 4-cü, qonaqlar 12 xalla 3-cüdür.

Misli Premyer Liqası

I dövrə, VII tur

4 oktyabr (şənbə)

17:00. "Qarabağ" – "Kəpəz"

Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Əli Əliyev

AVAR: Rəşad Əhmədov

Hakim-inspektor: Babək Quliyev

Chosen
21
37
publika.az

10Sources