EN

Ərdoğan Qəzza ilə bağlı plana dəstək verdi, İsrailə çağırış etdi

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzada atəşkəs planına əməl etməyə çağırıb.

“Yeni Sabah" xeber verir ki, dövlət başçısı barədə “NSosial" şəbəkəsində paylaşım edib. 

“HƏMAS-ın Qəzzada atəşkəsin bərpa olunması barədə plana verdiyi cavab davamlı sülhün bərqərar olunması istiqamətində önəmli bir addımdır”, - o vurğulayıb. Sezar pizza

R.T.Ərdoğan hesab edir ki, indiki mərhələdə atılmalı olan mühüm addım İsrailin Qəzzada bütün hücumları dərhal dayandırması və atəşkəs planına əməl etməsidir:

“Qəzzaya humanitar yardımın çatdırılması və davamlı sülhün təmin olunması istiqamətində bütün addımlar vaxt itirmədən dərhal atılmalı, bəşəri dəyərləri dərindən sarsıdan bu soyqırım və utanc tablosu artıq dayandırılmalıdır. Türkiyə olaraq, bütün danışıqların Fələstin xalqı üçün ən yaxşı formada nəticələnməsi beynəlxalq aləmin də dəstək verdiyi 2 dövlətli həll variantının həyata keçirilməsi üçün bütün imkanlarımızla mübarizəmizi davam etdirəcəyik”.

Nazim Hacıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
3
yenisabah.az

4Sources