EN

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlükVətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşdahər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyükqürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki,həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4oktyabr – Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixihadisədir.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığıarasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm dəümidlərlə dolu tarixini əks etdirir: “1993-cü ilin avqustundaCəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd ermənivandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünəçevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksanolundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi.Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünümöhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi”.

Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunmasımüharibənin strateji gedişatını dəyişdi: “Oktyabrın 4-də AzərbaycanOrdusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi.Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizinfədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı iləOrdumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavəndvə Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı.Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmingün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycandövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü ildəimzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elanolunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə,bu, həm də yeni dövrün başlanğıcıdır: “Bu gün Cəbrayıldagenişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisiİqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələrirayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanınınCəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyəçevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır,yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həmədalətin, həm də həyatın qələbəsidir.”

Kamaləddin Qafarov deyib: “Cəbrayılın azad olunması yalnız birşəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqqsəsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr bumənada Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərində milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlardaqalacaqdır”.

Məqalədə:
Chosen
3
15
az.trend.az

10Sources