EN

İsrail Qəzzadakı əməliyyatları dayandırdı


İsrail hakimiyyəti orduya Qəzza şəhərini ələ keçirmək üçün əməliyyatı dayandırmağı əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosu məlumat yayıb.
Məlumata görə, sərəncam Fələstinin HƏMAS hərəkatının hərbi əməliyyatları dayandırmaq üçün Ağ Ev planı ilə razılaşdığını elan etdikdən sonra ABŞ hökumət rəsmiləri ilə operativ görüşlərdən sonra verilib.
Bu qərar nəticəsində hərbi fəaliyyət minimuma endiriləcək və yalnız müdafiəyə yönələcək.
“Vəziyyətin qiymətləndirilməsindən və Amerika nümayəndələri ilə danışıqlar aparılmasından sonra siyasi rəhbərlik İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzzadakı hərbi fəaliyyəti minimuma endirməyi və zolaqda yalnız müdafiə xarakterli əməliyyatlar keçirməyi tapşırıb”, - məlumatda bildirilib.
Radiostansiya qeyd edib ki, bu, şəhərin ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.
Qeyd edək ki, oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bəyan edib.
Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
Chosen
24
42
yeniavaz.com

10Sources