EN

İpoteka kreditlərinə tələb niyə azalıb? RƏSMİ AÇIQLAMA

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş etdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarən artım tempində azalma müşahidə olunub:

"Bu azalma həm tələb, həm də təklif amilləri ilə izah oluna bilər. Belə ki, ev qiymətlərinin yüksək artım tempi və yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı ipoteka kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eyni zamanda, İpoteka Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditlərinin limitli olması və bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır".

Qeyd olunub ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
9
oxu.az

10Sources