EN

Ənvər Sədatın qətli... Hərbçinin atəş açmasına səbəb nə idi?

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Liderlər və sui-qəsdlər: IV Yazı1970-ci ildə Misir prezidenti Ənvər Sədat ərəb dünyasında ən güclü liderlərdən birinə çevrilmişdi. O, 1973-cü ildə İsraillə başlanan Yom Kippur müharibəsi ilə ərəb dünyasında nüfuzunu artırdı. Lakin daha sonra gözlənilməz bir addım ataraq sülh yolu seçdi.Reyting.az xatırladır ki, 1978-ci ildə ABŞ prezidenti Cimmi Karterin vasitəçiliyi ilə İsrailin baş naziri Menahem Beginlə birlikdə Kemp-Devid sazişini imzaladı. Bu saziş Misir və İsrail arasında tarixi barışa yol açdı.Amma bu qərar ərəb dünyasında birmənalı qarşılanmadı. Bir çox ərəb ölkəsi Sədatı “xain” adlandırdı. Radikal islamçılar isə onu düşmən elan etdilər.Qətliam günü6 Oktyabr 1981-ci il, Qahirə. Misirdə Yom Kippur müharibəsinin 8-ci ildönümü münasibətilə böyük hərbi parad keçirilirdi. Prezident Ənvər Sədat tribunda dövlət və ordu rəhbərləri ilə yanaşı əyləşmişdi.Paradda iştirak edən hərbi bölmələrdən biri qəfil dayandı. Əsgərlərdən bir neçəsi tribuna tərəfə yönəldi. Onlardan biri – leytenant Xalid İslambuli – əlindəki qumbara və avtomatla prezidentə hücum etdi. Bir neçə dəqiqə ərzində güllələr Sədadı hədəfə aldı.Prezident ağır yaralandı və qısa müddət sonra xəstəxanada vəfat etdi.Hadisənin nəticələriMisir dərhal fövqəladə vəziyyətə düşdü. Prezidentin ölümü ölkəni şoka saldı.Hücumu həyata keçirənlər “İslami Cihad” təşkilatının üzvləri idi. Onlar barış sazişini xəyanət hesab edirdilər.Sədatın yerinə vitse-prezident Hüsni Mübarək keçdi və növbəti 30 il ərzində Misiri idarə etdi.Misir İsraillə sülhü davam etdirsə də, ərəb dünyasında təkləndi.Ənvər Sədatın irsiSədat həm “müharibə qəhrəmanı”, həm də “sülh lideri” kimi tarixdə qaldı.Onun barış addımı Yaxın Şərqdə balansı dəyişdi.Hələ də Misirdə və ərəb dünyasında onun adı mübahisəlidir: bəziləri onu qəhrəman, digərləri isə satqın hesab edir.Rauf RƏCƏBOVReyting.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
reyting.az

2Sources