EN

HƏMAS razılaşdı, dərhal dayandır - Tramp İsraildən tələb etdi

ABŞ Prezidenti Donald Tramp İsraildən Qəzza zolağının bombardmanını dərhal dayandırmağı tələb edib.

Axar.az xəbər verir ki, Tramp bu barədə sosial media platformasında qeyd edib.

“HƏMAS-ın indicə yaydığı bəyanata əsasən inanıram ki, onlar davamlı SÜLH üçün hazırdırlar. İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları təhlükəsiz və tez azad edək! İndi bunu etmək çox təhlükəlidir. Biz artıq işlənilməsi lazım olan detalları müzakirə edirik. Bu, təkcə Qəzza ilə bağlı deyil, söhbət Yaxın Şərqdə çoxdan gözlənilən sülhdən gedir”, - o yazıb.

Qeyd edək ki, daha öncə HƏMAS Trampın sülh təklifi ilə razılaşdığını bildirmişdi.

Chosen
25
1
axar.az

2Sources