EN

Qadın qardaşı ilə dalaşıb qaçdı, avtobus vurub öldürdü

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Gencexeber.az-a istinadən xəbər verir ki, Gəncə şəhərində yeni istifadəyə verilən "İsuzu Novociti" marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

Sürücü saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
20
axar.az

10Sources