Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində 4 yaşayış məntəqəsini işğaldan azad edub.
Tribunainfo.az Unian-a istinadən xəbər verir ki, sentyabrda Ukrayna qüvvələri Sosnovka, Xoroşeyevka, Novoselivka və Sichnevanı azad edib. Əməliyyat 225-ci Hücum Alayının və 141-ci Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri tərəfindən həyata keçirilib, bundan sonra mövqelər digər bölmələrə təhvil verilib.
Bildirilir ki, hazırda ruslar Novoselivka və Sichneve hücumlarını yeniləməyə çalışırlar, lakin Ukrayna qüvvələri onların möhkəmlənməsinə mane olur.