EN

Yaponiyada hakim Liberal Demokrat Partiyasına ilk dəfə qadın rəhbərlik edəcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 4 oktyabr, AZƏRTAC

Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İlk raundda 5 namizəd arasında Takaiçi Sanae 183 səs, əsas rəqibi Şinciro Koizumi 164 səs toplyaraq, ikinci mərhələyə keçiblər. İkinci mərhələdə Takaiçi Sanae üstün olub.

Yaxın günlərdə parlamentdə hakim partiyanın yeni rəhbərinin ölkənin baş naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq. Bununla da, o, Yaponiyanın ilk qadın Baş naziri ola bilər.

Qeyd edək ki, hazırki Baş nazir Şiqeru İşiba sentyabrın əvəvlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
6
azertag.az

7Sources