EN

İşıq və qazdan sonra suda da limitlər tətbiq ediləcək EKSPERT

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda su tariflərinin diferensiallaşdırılması nəzərdə tutulub. Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinovun sözlərinə görə, diferensiallaşdırılma vasitəsilə az gəlirli əhali qrupları üçün daha güzəştli tariflər, çox su istehlak edən və kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün isə fərqli qiymət səviyyələri müəyyən ediləcək.

Rəsmi məlumatlara əsasən, model hazırlanarkən Türkiyə və Avropa ölkələrinin təcrübələri öyrənilib. Bu ölkələrdə tətbiq olunan diferensial tariflər həm sosial müdafiə məqsədi daşıyır, həm də su israfının qarşısını almağa yönəlib. Azərbaycanda da oxşar mexanizmin yaradılması üçün strategiya çərçivəsində araşdırmalar aparılır və təklifin Tarif Şurasına təqdim olunması nəzərdə tutulur.

Əsəd Şirinov bildirib ki, differensial tarif deyildikdə, ictimaiyyətdə bəzən qiymət artımı kimi qəbul olunur, lakin məqsəd aşağı gəlirli vətəndaşları qorumaq, sosial balansı saxlamaqdır. Onun sözlərinə görə, bu sahədə “Azərqaz” və “Azərişıq”ın təcrübəsindən də istifadə ediləcək.

Qeyd edək ki, Azərbaycan qaz və işıqda bir müddətdir differnsial qiymət tətbiq edilir. Belə ki, hər iki kommunal xidmətdə limitlər tətbiq edilir.

Modern.az-a açıqlamasında məsələni şərh edən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, ilkin mərhələdə sözügedən prosesə sabit tariflərlə başlanacağı ehtimal olunur. "O cümlədən su təsərrüfatında da bu dəyişikliklərin tətbiq olunması güman edilir. Ardınca isə limitlərlə tənzimlənəcəyi gözlənilir”.

İqtisadçı onu da əlavə edib ki, elektrik enerjisi və təbii qazda tətbiq olunan limit sisteminin ləğvi ilə bağlı gözləntilər olsa da, əksinə, bu model suya da şamil ediləcək:

“Bu isə o deməkdir ki, vətəndaşlar müəyyən həddə qədər suyu mövcud tariflərlə ödəyəcək, limiti keçdikdən sonra isə daha yüksək, bəzən 1.5, hətta 2 dəfə daha çox qiymətə su pulu verməli olacaqlar”.

O bildiib ki, gələn ildən etibarən Azərbaycanda bütün kommunal xidmətlər üzrə qiymət artımı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
4
modern.az

5Sources