EN

Xətaidə Müəllimlər Günü qeyd olundu Video Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xətai rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, C.Naxçıvanski adına Hərbi liseyin rəisi Anar Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, müəllimlər, şəhid ataları, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Tədbirdə şıxış edən Rafiq Quluyev müəllimləri peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramı çərçivəsində Xətai rayonunda yerləşən bütün məktəb və uşaq bağçaları müasir standartlara uyğun əsaslı şəkildə təmir olunur, idman meydançaları salınıb və təhsil müəssisələri müasir avadanlıqlarla təmin edilib.

Rafiq Quluyev qeyd edib ki, bu diqqət və qayğının əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təməl prinsiplər dayanır və bu siyasət bu gün də Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Rayonun təhsil sahəsində qazandığı uğurlardan bəhs edən icra başçısı bildirib ki, 2024-2025-ci tədris ilində orta məktəbi bitirən 4380 nəfər məzundan 3040 nəfəri tələbə adını qazanıb. 81 nəfər məzunumuz 650-dən yuxarı bal toplayıb. Bu rəqəm keçən il 61 olub. 5 məktəbin qəbul göstəricisi 100 faiz olub. 19 məzunumuz məktəbi qızıl medalla bitirib.

Digər çıxış edənlər Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban Əliyevayanın gördüyü işlərdən danışıblar.

Sonda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən pedaqoji fəaliyyətində fərqlənmiş, tədrisdə yüksək nəticələr əldə etmiş müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
6
qafqazinfo.az

7Sources