EN

Qəbələdə ödənişsiz Hepatit skrininqi keçiriləcək

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qəbələdə Hepatit B və C viruslarının vaxtında aşkarlanması məqsədilə ödənişsiz skrininq aksiyası təşkil olunacaq. 

Modern.az xəbər verir ki, aksiya  11-12 oktyabr tarixlərində Referans Qəbələ Tibb Mərkəzində baş tutacaq.

Mütəxəssislərin sözlərinə görə, Hepatit B və C virusları çox vaxt gizli şəkildə inkişaf edir və yalnız ağır nəticələr ortaya çıxdıqdan sonra özünü büruzə verir. Xüsusilə diş müalicəsi almış, salon xidmətlərindən istifadə etmiş, cərrahi əməliyyat və ya ginekoloji prosedurlardan keçmiş şəxslərin skrininqdə iştirakı tövsiyə olunur.

Aksiya çərçivəsində paytaxtdan dəvət olunmuş peşəkar həkim heyəti tərəfindən əhalinin müayinəsi aparılacaq. İştirakçılar Hepatit B və C viruslarına görə ödənişsiz testdən keçə biləcəklər.

Ünvan: Qəbələ şəhəri, Abbas Səhhət küçəsi 25A

Əlaqə: +994 77 345 00 33

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
modern.az

2Sources