EN

UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır - Nazir müavini

UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır.

Day.Az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxış edərkən deyib.

O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır.

"Ölkəmizinin sosial sahədə inkişafının biri də insan kaptalının inkişafıdır. Təhsil hər bir dövlərin iqtisadiyyatının formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bir sıra sahələrdə islahatlar aparılmışdır ki, bunlardan biri də təhsil sahəsidir. Bu sahədə bir sıra addımlar atılıb və işlər görülüb, görülməkdə də davam edir. Bu gün təhsildə də yeni çağırışlar formalaşıb. Gənclərdən də bu tələblərə uyğunlaşmaq tələb olunur. Digər ölkələr kimi bizə də rəqəmsal iqtisadiyyatın qurulmasına çalışılır. Bu yerdə də gənclərin rəqəmsal inkişafına ehtiyac var. Təhsildə bəzi bacarıqların əldə edilməsində süni intellektdən bir alət kimi istifadə olunur".

Nazir müavininin sözlərinə görə, ölkəmizdə peşə təhsili ilə bağlı statistika 10% -in üzərindədir.

"Bu digər ölkələrdə müqayisədə aşağıdır. Bu sahədə inkişafa ehtiyac var. Amma son 5 ildə biz peşə təhsilində qəbulu artırmışıq. Ali təhsildə isə əhatəlik yüksək dərəcədə artırılıb. Artıq ali təhsildə qəbul səviyyəsi 75 min nəfərin üzərindədir. Növbəti illərdə də bu artırılacaqdır. Eyni zamanda dövlət sifarişli yerlərin sayı artmaqda davam edilir. Ali təhsildə bu 50% həyata keçirilib. Növbəti illərdə də dövlət sifarişli yerlərin artırılması ilə bağlı işlər davam edəcək", deyə o əlavə edib.

Chosen
15
6
day.az

7Sources