EN

Rüfət bu dəfə Xorvatiyada bir hissə oynadı, 1:1 qurtardı

Xorvatiya çempionatında 9-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında həmyerlimiz Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” səfərdə “İstra 1961”in qonağı olub.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi ilk hissədən sonra Matej Vukla əvəzlənib.

Matç “Varazdin”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün taleyini həll edən yeganə qol 64-cü dəqiqədə vurulub.

8 oyundan 12 xalı olan “Varazdin” üçüncü pillədə qərarlaşıb.

Chosen
26
1
sportinfo.az

9Sources