EN

"Əgər o epizod penaltidirsə, mən futbolla vidalaşmağa hazıram" - "Neftçi"nin legioneri

"Görüş barədə nə demək olarki? Hər halda, baş verənlər utancvericidir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin hücumçusu Alessio Kurçi Misli Premyer Liqasının 7-ci turunda "Zirə"yə qarşı keçirilmiş görüşdən sonra danışarkən deyib.

Lüksemburq millisinin üzvü "Neftçi"nin qapısına təyin edilmiş penalti haqda fikirlərini söyləyib:

"Qalibiyyətə layiq tərəf idik. Məğlub durumda olsaq da, sonradan geridönüş etməyi bacarmışdıq. Sadəcə qapımıza təyin edilmiş penalti qələbəmizə mane oldu. Penalti epizodunu da hamı gördü. Hətta oyundan sonra təkrara baxdım. Əgər o epizod penaltidirsə, mən futbolla vidalaşmağa hazıram".

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
46
1
sportal.az

2Sources