EN

"OLAY.az"ın 4 yaşı tamam olur

Bu gün “Liatris Holding”in nəzdində fəaliyyət göstərən "OLAY.az" saytının 4 yaşı tamam olur.

News24.az xəbər verir ki, əsası 2021-ci ilin 4 oktyabrında iş xanımı Ruhiyyə Əliyeva tərəfindən qoyulan media qurumu bu illər ərzində yüzlərlə fərqli, rəngarəng və sensasiyalı müsahibələr, özəl məlumatlar, eksklüziv açıqlamalar və xəbərlərlə oxucu qarşısına çıxır.

OLAY-a məxsus xəbərlər tək Azərbaycanda deyil, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin mediasında da istinad edilib. Bu gün OLAY-ın aylıq görüntülənməsi 35 milyonu keçir, xəbərlər qısa zamanda gündəm olur.

Qeyd edək ki, saytın baş redaktoru Pərviz Hüseyn, redaktoru isə Samirə Ərəblinskayadır.

News24.az kollektivi olaraq "OLAY.az"ı yeni yaşı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq!

Chosen
195
2
news24.az

3Sources