EN

Ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi referenduma çıxarıla bilər - Japarov

Qırğızıstanda ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi referenduma çıxarıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bişkekdə prezident Sadır Japarov “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində bildirib.

“Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Bundan sonra Konstitusiya Məhkəməsi konstitusiyaya dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə rəy verəcək. Qanun layihəsi referendumla qəbul oluna bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu məsələni “ümumxalq səsverməsi ilə” həll etmək olardı.

Prezident bir daha qeyd edib ki, hazırda Qırğızıstanda ölüm hökmü qadağandır və hər kəsin yaşamaq hüququ var.

"Əgər xalqın əksəriyyəti bunu dəstəkləyirsə, o zaman yeni seçilmiş Joqorku Keneş (Ali Şura) beynəlxalq müqavilələrdən çıxan, mövcud əmək məcəllələrinə və qanunlara dəyişiklik edən qanunlar qəbul etməlidir", - dövlət başçısı izah edib.

Chosen
41
7
ucnoqta.az

9Sources